“Tural Sadıqlı özü də fərqindədir ki, ekstradisiyasına çox az qalıb...” – Elşən Musayev

OXUNUB: 1 Özəl SİYASƏT
Tural Sadıqlının qırımından da, əndişəsindən də, xaotik davranışlarından da açıq görünür ki, bu vətən xaininin "qələmi” artıq Avropada da qırılıb, xaricdəki "kuratorlar”ı ondan tamamən üz döndərib. Və eyniadlı səbəbdən özünə yer tapa bilmir. Vurnuxur. Çabalayır. Gah, təyyarə trapından düşən yerdə şəkil paylaşır - guya rahat və vecsiz formada ölkələri gəzir. Gah, özünə bənzəyən digər şizofrenlərlə; Mehmanla, Əfqanla, Orduxanla bərabər videolar paylaşır - guya birlik halındadırlar. Gah da dəqiqəbir vətənə dönüşdən, Azərbaycana qayıdışdan danışır - guya bu, özünün çoxdankı arzusu və diləyidir!

Hərgah, söylədiklərinin, təqdim eləmək istədiklərinin hamısı blefdir!

Əvvəla...Tural, son 6 ayda Almaniyadan kənara (hətta ətraf "şengen” zonaları da daxil) ümumiyyətlə çıxmayıb. Çünki, inanılmaz qorxu içindədir və narahatdır. Çünki addımını belə kənara atmağa cəsarət etmir. Çünki, eynən quzu balası kimi - yaxın 5 hektarlıq cəmənliklərdə otlamağa məcburdur. Ya da məhkumdur. (Qısası, onun "təyyarə paylaşımları” köhnə dövrlərə aiddir və həmin kadrları indi yayımlamaqla öz aləmində iz azdırmağa çalışır.)          

İkincisi....Hamıya bəllidir ki, Mehman Hüseynov(a) Amerikada təhlükə hiss etdiyinə və qardaşı Emin Hüseynovanın bütün cəhdlərinə rəğmən İsverçrədə sığınacaq ala bilmədiyinə görə Almaniyaya gəlməli, eyni zamanda yeni "təlimçilər”in məcburi göstərişinə əsasən Turalla koordinasiyalı şəkildə fəaliyyət göstərməli olub. Yanlarındakı Əfqan Muxtarlı isə "bomj”, "sümsük” ləqəbi ilə tanınan başqa bir üzqarasıdır. Üstəlik, elə bir tüfeylidir ki, onu bircə dönər müqabilində istənilən "kruq”a salmaq mümkündür. Hətta bildiyim qədərilə, Əfqana günlük 25 evro verirlər və o da bunun müqabilində Turalla Mehmana ləbbeylik edir, quyruq bulayır...

Nəhayət, üçüncüsü...Diqqət etmisinizsə, Tural son zamanlar az qala bütün videolarında bu fikrəmi deyim, ifadəyəmi deyim, sualamı deyim, ritorikayamı deyim - mütləq yön alır: "Ölkəyə qayıdım?!”

Halbuki, məlum ritorikanın da, sualın da cavabı hamıya çoxdan bəllidir və gün kimi aydındır: Onda belə bir qeyrət, belə bir təpər, belə bir cəsarət olsaydı çoxdan qayıdardı. Qayıtmaq bir yana qalsın e, ümumən qeyrəti, namusu olan adam heç belə şərəfsizliklər etməzdi.

Amma, hara qayıdır?! Əlbət, qayıtmaz. Öz təşəbbüsü, istəyi ilə əsla qayıtmaz. Qulağından tutub qaytarılmasa, heç zaman qayıtmaz!

Yaxşı bəs, niyə belə danışır?

Çünki fərqindədir ki, bax həmin o məcburi qayıdışa çox az qalıb. Başa düşür ki, istifadə müdddəti bitib və artıq "verbovka”, tula, agent kimi göstərdiyi xidmətə, fəaliyyətə gərək, ehtiyac duyulmur. Anlayır ki, yaxın günlərdə ekstradisiya ediləcək və törətdiyi bütün cinayətlərə görə məhkəmə qarşısında cavab verməli olacaq.

Ona görə də Tural neyləyir eləsin, nə çaba göstərir göstərsin, nə saman çöpü axtarır axtarsın - faydası olmayacaq.

Zaman artıq yetişib...

Bütün binamusların, mürtədlərin, namərdlərin haqq etdikləri cəzaya qovuşma zamanı! Tural, Mehman kimi vətən xainlərinin təyyarədən əli qandallı düşmə zamanı!

İfşa zamanı!

  

Elşən Musayev, Milli Məclisin deputatı.

RƏYLƏR