“TURAN” Partiyasından prezidentə 7 maddəlik təklif – MÜRACİƏT

OXUNUB: 842 SİYASƏT

7NEWS.az xəbər verir ki, "TURAN” Partiyası koronovirus pandemiyasının fəsadlarının aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevə təkliflər planı göndərib. Müraciəti olduğu kimi təqdim edirik:

 

 

"Koronavirusun ( COVİD-19) yaratdığı sosial problemlərlə bağli

"TURAN Partiyası Girisim Kurulunun,

Azərbaycan Respublikasının Prezidenti,

Sayın İlham Əliyevə Müraciəti

 

Karantin dövründə Koronavirusun fəsadlarının tez aradan qaldırılması məqsədi ilə, hökumətin əhaliyə sosial yardımının qeyri - bərabər və çətin anlaşılan bir üsulla çatdırılmasının ,ölkə başçısının humanitar siyasətinə uyğun qurulmadığı görünməkdədir. Yaranmış vəziyyətdən çıxış üçün və xalqın ölkə başçısına olan inamının, bütün hökumət qurumlarına şamil olunması indiki sosial gərginlik dönəmində çox vacibdir. Ölkələrin iqtisadi gücü təkcə ehtiyat qızıl və ya valyuta fondu ilə ölçülmədiyi kimi, əhalisinin kapital vədaşınmaz əmlak ehtiyati da ölkənin iqtisadi gücünə daxildir. Hökumət yeni iqtisadi qaydalar tətbiq etməklə əhalinin ehtiyatlarından büdcəyə yönəldə bilər. İqtisadiyyat və Sosial Təminat Nazirliklərinə əhalinin hökumətə olan inamını daha da gücləndirilməsi məqsədilə təklif edirik:

1.Hökümətin təyin etdiyi məbləğdə (190 manat) aylıq müavinət, "sosial yardım” adı ilə deyil, "ANTİCOVID- 19” adı altında əhalinin hamısına, tək şəxsiyyət vəsiqəsi ilə paylanacaq xüsusi bank kartı ilə verilsin. Mart - aprel aylarında əmək haqqı alan və ə/ haqqı 800 manatdan yüksək olan şəxslərə verilən, ”ANTİCOVID – 19” pulu onların əmək haqqından geri tutulması üçün AVİS üzərindən işə götürənlərə rəsmi məlumatlar göndərilsin və karantin bitəndən sonra həmin vəsaitin geri tutulmasına baslanilsin. AVİS- ə daxil olmayan (bunlar əsasən kənd yerlərindəki qeydiyyatsız fərdi və fiziki şəxslərdir) verilən pullar geri tələb olunmasın.

2. "ANTİCOVID – 19” xüsusi bank kartından ("ANTİCOVID -19” XBK) yalnız ərzaq malları və aptekdə istifadə üçün ödəniş nöqtələrindəki terminallarda proqram dəyişikliyi ilə aparılsın.

3.Kicik biznes sektorunda (işçilərin sayı 50 - nəfərədək olan fərdi və hüquqi şəxslər) olan bütün şəxslərin karantin dövründə fəaliyyətlərindəki süni əngəlləri nəzərə alaraq,onların müflis olmamaları və gələcəkdə fəaliyyətlərinin bərpa edilməsi üçün,hər bir fərdi sahibkara və hüquqi şəxsə 15.000 manat, birillik faizsiz kredit verilsin. Kreditin verilməsi üçün şəxslərdən girov tələb olunmasın. Yalnız həmin məbləğin sığortası tələb edilsin.

4.Orta və iri sahibkarlıq subyektləri, karantin dövründə və sonrakı 6 - ay müddətində mənfəət və ƏDV - dən azad olunsun. Yalnız əmək haqqları üzrə vergi tətbiq edilsin.

5.İxrac üzrə qeyri - neft sektorunda fəaliyyət göstərən bütün hüquqi şəxslərə karantin dövründə və sonrakı bir il müddətində vergi güzəştləri tətbiq edilsin.

6.Kənd təsərrüfatı məhsullarının ixracı üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə , xaricə realizə etdiyi məhsulun, bu il 10 %, gələn il 5 % məbləğində hökumət dəstəyi (aqrolizinqlərdən, xüsusi texnika, gübrə və s .) təmin edilsin.

7.Regionlarda yerli turizmin fəaliyyətinin, karantindən sonra inkişafı məqsədilə tutumu 50 - çarpayıdan az olan və Abşerondan kənarda yerləşən mehmanxana və qonaq evlərinə, maliyyə dəstəyi olaraq 10.000 manat kredit ayrılsın.

Saygılarla,

TURAN Partiyası Girisim Kurulu Başkanı

Cahandar Bayoğlu.

Bakı şəhəri, 17 aprel 2020-ci il



RƏYLƏR