Türk əsgərdən ailəsinə ürəkdağlayan mesaj - “Gözləməsinlər” - Video

OXUNUB: 1163 DÜNYA

Afrin əməliyyatına yollanan tankçı məhmətciyin "Ailənə mesajın varmı” sualını ünvanlayan jurnalistə "Gözləməsinlər” cavabı sosial şəbəkələrin geniş müzakirə mövzusuna çevrilib.

 Məhmətciklə jurnalist arasındakı dialoqu təqdim edirik:

- Salam, işiniz avand olsun. İstiqamət haradır?
- Qızıl Alma! 
- Ailənə mesaj göndərə bilərsən.
- Gözləməsinlər.

Bu dialoq sosial mediada duyğusal sözlərlə şərh edilir.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə ordusu bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb./teleqraf.com

 

İcmal.Az

RƏYLƏR