Türkiyənin Tunceli bölgəsində yaralanaraq, təslim olan PKK-lı qadın terrorçuya ilkin tibbi yardımı türk əsgəri göstərib.
A24.Az xəbər verir ki, türk əsgərinin Səma adlı terrorçuya göstərdiyi tibbi yardım və təslim olma anı addım-addım kameranın yaddaşına həkk edilib.
Təhlükəsizlik qüvvələri, qadının üzərində hər hansı bir partlayıcı maddə olub olmadığını yoxladıqdan sonra onunla dialoq qurublar. Terrorçu qadın əsgərlərə deyib ki, ayaqqabısı dərəyə düşdüyü üçün ayaqyalın qalıb. Komandir əsgərlərə təlimat verərək, dərəyə düşən ayaqqabının gətirilməsini tələb edib.
Ayağından yaralanan terrorçu ilkin tibbi yardımdan sonra Tunceli Dövlət Xəstəxanasına çatdırılıb.