Türkiyə ABŞ-dan ilk F-35 qırıcısı alacaq - Tarix açıqlandı

OXUNUB: 651 DÜNYA

Türkiyə iyunun 21-də ABŞ-dan ilk 5-ci nəsil F-35 qırıcısı alacaq.

Bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.

O bildirib ki, F-35-in alışından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına qırıcını idarə etmək üçün təlim keçiriləcək.

 

İ.Dəmir qeyd edib ki, 2019-cu ildə Türkiyə daha bir neçə F-35 qırıcısı alacaq.

Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara Türkiyəyə təqribən 100 ədəd F-35 qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılığa gəlmişdilər./trend

İcmal.Az

RƏYLƏR