Türkiyə Afrini bombalayır – YENİLƏNİB

OXUNUB: 644 DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın şimal-qərbində yerləşən və kürd terrorçuların nəzarəti altında olan Afrin şəhərində keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.

 "Zeytun budağı” adı alan əməliyyat yerli vaxtla saat 17:00-da başlayıb.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb. 

Əməliyyata Suriya müxalifətinin bölmələri cəlb olunub. Onları Türkiyə ordusu dəstəkləyir.

18:54

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Afrin rayonunda kürd terrorçuların mövqelərini bombardman ediblər.

 Hərbi təyyarələr əvvəlcədən müəyyən olunmuşu obyektlərə zərbələr endiriblər.

Türkiyə təyyarələrinin Suriya sərhədini keçməsi hələlik tam dəqiqləşməyib. Ehtimal olunur ki, Suriyanın sərhədə yaxın rayonlarına Türkiyə ərazisindən bombardman olunub.

Azad Suriya Ordusunun bölmələri də artıq regionda hərbi əməliyyatlara başlayıblar.

Türkiyə Baş Qərargahının məsələ ilə bağlı bəyanatla çıxış edəcəyi gözlənilir./oxu

İcmal.Az

RƏYLƏR