Türkiyə boğazlarından keçən tankerlərin sığorta problemi həll olundu

OXUNUB: 228 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Dəniz İşləri Baş İdarəsi Türk Boğazlarından keçən tankerlərdən tələb olunan sığorta təsdiq məktubları məsələsində uzlaşmanın əldə edildiyini, Boğazda təsdiq məktubu verməsi gözlənilən 4 gəminin olduğunu bildirib.

Boğaziçi və Çanaqqala boğazlarından keçəcək xam neft yüklü tankerlər üçün Türkiyənin tələb etdiyi sığorta təsdiq məktubu probleminə həll yolu tapıldı.

Neft daşıyan gəmilərin Mühafizə və Təminat Sığortası (P&I) olması tələb olunur. Bu sığorta qəza zamanı gəminin olduğu yerdən çıxarılmasını və ətraf mühitə dəymiş ziyanın ödənilməsini əhatə edir. 2002-ci ildən bu qaydanı tətbiq edən Türkiyə, dekabrın 1-də qüvvəyə mindiyi tənzimləmə ilə boğazlardan keçərkən sığortanın da etibarlı olduğunu təsdiq edən sənəd tələb edir.

7NEWS.az

RƏYLƏR