Türkiyə əsgərləri başına 300 min qoyulan qadın terrorçuları belə yaxaladı - VİDEO

OXUNUB: 630 DÜNYA

Türkiyə əsgərləri başlarına 300 min türk lirası mükafat qoyulan PKK-çı qadın terrorçuları saxlayıb.

Xüsusi Təyinatlı Jandarma Qüvvələrinin həyata keçirdiyi əməliyyatın görüntüləri yayılıb.

Ötən gün səhər saatlarında hüquq-mühafizə orqanlarına Tunceli şəhərinin Nazimiyə düzündə 9 nəfərdən ibarət terrorçu qrupun görüldüyü barədə məlumat daxil olub. Məlumat əsasında düzənlik əraziyə gələn əsgərlər terroçulara qarşı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 9 terrorçudan 4-ü elə düzənlik ərazidə ələ keçirilib. Beş terroçu isə meşəlik əraziyə qaçıb. Onlardan 2 nəfəri sağ, 3-ü ilə ölü ələ keçirilib. Saxlanılan terrorçulardan 3 nəfəri qadındır. Onların Türkiyə ərazisində qanlı silahlı hücumlarda iştirak etdiyi bildirilir.

 Türkiyə əsgərlərinin əməliyyat görüntülərini təqdim edirik:/missiya

İcmal.Az





RƏYLƏR