"Türkiyə kimi tərəfdaşı itirmək NATO-ya baha başa gələ billər" - EKSPERT

OXUNUB: 977 SİYASƏT
Ötən həftə ABŞ prezidenti Donald TrampTürkiyəyə qarşı daha bir ədalətsiz qərara imza atdı – qardaş ölkədən idxal edilən alüminium və polad üçün gömrük rüsumlarını müvafiq olaraq, 20 və 50% artırdı. Məsələyə münasibət bildirən QALİB-in sədri Azər Verdiyev bununla da rəsmi Vaşinqtonun Ankaraya sanksiya hədəsi mesajını göndərdiyini dedi: "Əvvala qeyd edim ki, Türkiyədə qanuni, legitim hakimiyyətin zorla devrilməsinə yönələn və "izi” Pensilvaniya ştatına (FETO) gedib çıxan, 251 günahsız ölümünə nədən olmuş həmin uğursuz hərbi çevriliş cəhdini ABŞ dövləti rəsmən pisləməyib. Bununla da Türkiyədə daima hərbi çevrilişlər seriyası ilə öz təsirini saxlamaqda maraqlı olduğunu nümayiş etdirib. Ən əsas məsələ: Amerika gözəl anlayır ki artıq NATO uçurumun astanasındadı. Türkiyə kimi bir canlı gücü itirmək NATO üçün sağalmaz bir yara buraxacaq. Bəzən mənə elə gəlir ki, Tramp Qarbaçovla eyni siyasəti aparır. O gəldi SSSRİ-nin süqutunu gətirdi, bu da ABŞ-ın süqutunu. Türkiyə güclü dovlət və tərəfdaşdır. Türkiyəyə zor tətbiq eləməklə ona sahib olmaq mümkün deyil. Hər bir zordan ağıllı bir əlac doğar"
 
 
İcmal.Az

RƏYLƏR