Türkiyə ordusu 41 şəhid verib

OXUNUB: 1011 DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı” əməliyyatı nəticəsində həlak olan şəhidlərin sayı açıqlanıb.

Tükiyənin milli müdafiə naziri Nurettin Canikli Afrində Türk ordusunun yanvarın 20-dən bu yana  41 şəhid verdiyini bildirib.

O, eyni zamanda, Azad Suriya Ordusundan (ASO) 116 silahlının öldüyünü açıqlayıb.

İcmal.Az

RƏYLƏR