7NEWS.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Rəhbərliyi (AFAD) daşqından zərər çəkmiş Pakistana humanitar yardım dəstəyi üçün "hava körpüsü” qurdu. Birinci mərhələdə 10 min çadır, 50 min ərzaq bağlaması, 50 min gigiyena materialı və 10 min uşaq qidasından ibarət materialların daşınmasına başlanılıb. 1120 ailə tipli çadır, 3000 yemək qutusu, 1000 gigiyena materialı və 1000 uşaq qidasından ibarət yardım materialları 2 təyyarə ilə hava yolu ilə bölgəyə göndərilib.
7NEWS.az