"Türkiyə prezidenti Almaniyaya səfərini ləğv etmək fikrində deyil"

OXUNUB: 758 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.

İcmal.Az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan bildiriblər ki, Almaniya Türkiyə kimi region üçün vacib olan bir dövlətlə münasibətlərini pozmamalıdır.

Türkiyə Prezidenti Administrasiyasından bildiriblər: "Bir sıra Avropa dövlətləri Türkiyəyə münasibətdə ikili standartlar yürüdürlər ki, bu, demokratiyanın prinsiplərinə ziddir".

İcmal.Az

RƏYLƏR