Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfərə hazırlaşır.
Ərdoğan Qətər böhranının həlli üçün Qətər, Küveyt, Səudiyyə Ərəbistanına səfərə çıxmaq niyyətindədir.
Türkiyə lideri deyib: "15 iyuldan sonra diplomatik səfərə çıxacam. Regionda dialoqun bərpasına nail ola bilərik. Qətər, Küveyt və Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırırıq".
Ərdoğan Almaniyada keçirilən sammitdən qayıdanda təyyarədə jurnalistlərə bu barədə məlumat verib. Onun sözlərinə əsasən planlaşdırılan səfər vasitəçilik kimi qiymətləndirilməməlidir. Çünki Küveyt bu missiyanı öz boynuna götürüb. Türkiyə isə sadəcə bu səyləri dəstəkləyir./olke.az
İcmal.Az

























