Türkiyə Rusiya təbii qazına ən azı 25 faiz endirim istəyəcək

OXUNUB: 291 Özəl DÜNYA
Türkiyənin bu gün Rusiya nümayəndə heyəti ilə keçirəcəyi görüşlərdə Rusiyanın təbii qaz idxalında 25 faizdən çox endirim tələb edəcəyi iddia edilib.

7NEWS.az xəbər verir ki, Türkiyə Rusiyadan idxal olunan təbii qazın qiymətində 25 faizdən çox endirim tələb etmək məqsədi ilə Ankarada Rusiya nümayəndə heyətini qəbul edəcək.

Mümkün razılaşmanın TL-yə təzyiqi azaldacağı, gələn il keçiriləcək seçkidən əvvəl və Avropanın enerji darboğazı yaşadığı bir zamanda prezident Rəcəb Tayyib Ərdoğana fayda verəcəyi bildirilib.

7NEWS.az

RƏYLƏR