Türkiyə və ABŞ prezidentləri görüşəcək

OXUNUB: 521 DÜNYA

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.

İcmal.Az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.

"Möhkəm əlaqələrimizin olduğunu bir daha vurğulamaq üçün prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir", - deyə o əlavə edib.

Sanders, görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.

İcmal.Az

RƏYLƏR