Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Misirin xarici işlər naziri Samih Şükri arasında telefon danışığı olub.
7NEWS.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu misirli həmkarı Şukri ilə telefon danışığında "Ramazan bayramınız mübarək" dilədi.
İki nazir səfər cədvəlini müzakirə ediblər. Misirdəki hərbi çevriliş, Liviya və Körfəz böhranı kimi mövzularda fərqli nöqtələrdə dayanan Ankara və Qahirə xəttində diplomatik əlaqələr qırılma nöqtəsinə çatmışdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qətərin paytaxtı Dohada görüşüb və münasibətlər yenidən sürətlənib.
7NEWS.az