Türkiyədə 12 İŞİD terrorçusu saxlanıldı

OXUNUB: 588 DÜNYA

Türkiyə polisi ölkə ərazisində Yeni il şənlikləri zamanı terror aktları planlaşdıran 12 İŞİD yaraqlısını saxlayıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Sabah qəzeti məlumat yayıb.

Bildirilir ki, ekstremistlər Adana şəhərində keçirilən əməliyyat zamanı həbs olunublar. Onlardan ikisi Suriya vətəndaşıdır. 

Bölgədə terrorçulara qarşı xüsusi əməliyyat davam edir.

İcmal.Az

RƏYLƏR