Türkiyə ordusunun 14 əsgəri FETÖ ilə əlaqədar olmaqda günahkar bilinərək həbs edilib.
İcmal.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, İstanbul Cumhuriyyət Başprokurorluğu 43 əsgəri FETÖ ilə əlaqədə şübhəli bilərək nəzarət altına alıb. Onlardan 14-ü "Bylock" gizli mesajlaşma proqramı istifadə etdiyi sübut olunub və həbs edilib. 17-si isə araşdırmalar zamanı köməklik etdikləri üçün ədliyyə nzarətində sərbəst buraxılıb.
Digərlər şübhəli əsgərlərin istintaq işləri davam edir.
İcmal.Az

























