Türkiyədə 77 nəfər saxlanıldı – Aralarında azərbaycanlılar da var

OXUNUB: 490 DÜNYA
Azərbaycanlıların da olduğu 77 nəfər xarici ölkə vətəndaşı qeyri-qanuni yollarla türkiyəni tərk etmək istəyərkən saxlanılıb.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, Türkiyənin Ədirnə vilayətindən qeyri-qanuni yollarla xarici ölkələrə qaçmaq istəyən qaçaq və mühacirlər saxlanılıb.

Türkiyənin İl Jandarma Komandirliyi qrupları və Mexanik Piyada Briqada Komandirliyinin əməkdaşları tərəfindən vilayətin Keşan və Meriç rayonlarında daxil olan məlumat əsasında yoxlama həyata keçirilib.

Yoxlamalar Suriya, İraq, Azərbaycan, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əlcəzair əsilli 77 qaçaq və mühacir həyatı sürən şəxslər tutulub. Onların hər biri qeyri-qanuni yollarla türkiyəyə gəliblər. Ordan da qeyri-qanuni yollarla avropaya getmək istəyiblər. 

Saxlanılan şəxslər Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.
 

İcmal.Az

RƏYLƏR