Türkiyədə AKP binasına molotof kokteyli atıldı - Video

OXUNUB: 2307 DÜNYA

Diyarbəkir şəhərinin Hani rayonunda naməlum bir şəxs Ədalət və İnkişaf Partiyasının (AKP) binasının üzərinə molotof kokteyli atıb.

"Qafqazinfo” "Hürriyyət”ə istinadən xəbər verir ki, ötən gün yerli vaxtla saat 20:55-də baş verən hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hücum zamanı partiyanın binasında kiçik həcmdə yanğın baş verib, bəzi əşyalara ziyan dəyib. İnsident zamanı binada heç kəs olmadığından ölən və xəsarət alan olmayıb.

 

Hüquq-mühafizə orqanları hadisə yerindən qaçan şəxsi və ona köməklik edən digər bir nəfəri saxlayıb. Hazırda saxlanılan şəxslərin sorğusu davam etdirilir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, ədliyyə naziri Abdulhamit Gül və bir sıra AK Parti nümayəndələri hücumu qınayıblar.

Xatırladaq ki, 17 iyun tarixində Xalqların Demokratik Partiyasının (HDP) İzmirdəki partiya binasına silahlı hücum təşkil olunmuşdu. Günorta saatlarında həyata keçirilən hücum zamanı binada olan partiya işçisi Dəniz Poyraz aldığı güllə yarasından həyatını itirmişdi. Hadisəni törədən şəxsin keçmiş tibb işçisi Onur Gencer olduğu müəyyənləşdirilərək saxlanılmışdı.

 

 
 

RƏYLƏR