Türkiyədə azərbaycanlı qadın saxlanıldı – VİDEO + FOTO

OXUNUB: 721 HADİSƏ

Antalyada polisin müştəri kimi davranaraq həyata keçirdiyi əməliyyat zamanı altı əcnəbi qadın və onları fahişəliyə cəlb edən bir nəfər saxlanılıb.

İcmal.Az-ın Milliyyət nəşrinə istinadən xəbərinə görə, saxlanılan qadınlardan biri Gürcüstan, üçü Ukrayna, biri Qırğızıstan, daha biri isə Azərbaycan vətəndaşıdır. 

Onların hamısı polis bölməsinə gətirilib. Burada onlar tibbi müayinədən keçəndən sonra deportasiya ediləcəklər. 

 

RƏYLƏR