Türkiyədə azərbaycanlıların mafiya hesablaşması – VİDEO + FOTO

OXUNUB: 772 HADİSƏ

Ötən həftə İstanbulun Sultanqazi məhəlləsində silahlı basqının iştirakçıları tutulub.

İcmal.Az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, bir nəfərin öldüyü, digərinin yaralandığı hadisədən sonra hərəkətə keçən İstanbul polisi dörd azərbaycanlını həbs edib. Eyni zamanda hadisənin səbəbi də müəyyən edilib.

Polisin məlumatına əsasən, hadisə bir müddət birlikdə narkotik ticarəti ilə məşğul olan mafiya üzvləri arasında baş verib. Onlar narkotikdən qazandıqları pulu bölə bilməyiblər. Məhz bundan sonra da sözügedən qanlı hadisə baş verib.

Qeyd edək ki, sentyabrəın 23-də Sultanqazinin Uğur Mumcu küçəsindəki avtoparkdan avtomobili ilə çıxan mafiya üzvlərindən Orxan Açıqgözə (43 yaş) və azərbaycanlı Arif Məmmədova atəş açılıb. İnsident nəticəsində 8 cinayətdə suçlu bilinən Orxan Açıqgöz hadisə yerində keçinib. Arif Məmmədov isə yaralanıb.

Müşahidə kameralarındakı qeydlər araşdırıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçiriblər. Əməliyyata xüsusi təyinatlı polis dəstəsi və bir helikopter də cəlb olunub. Nəticədə polis hər biri 7-8 cinayətdə ittiham edilən Vahab P. (35 yaş), Akif K. (35 yaş), Mahsun K. (33 yaş) və Yasin G.-ni (24 yaş) həbs edib.

Silivridəki Büyüksinəkli kəndində saxlanılan azərbaycanlılardan xeyli silah və narkotikdən qazandıqları pullar götürülüb.

Faktka bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

 

RƏYLƏR