Türkiyənin Dənizli vilayətində bir neçə gün davam edən yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib.
İcmal.Az Trend-ə istinadən bildirir ki, torpaq sürüşməsi nəticəsində Sərinhisar kəndinin Dənizli şəhəri ilə əlaqəsi kəsilib. Hətta bir neçə evin torpaq altında qaldığı bildirilir.
Sürüşmə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib.
İcmal.Az

























