Türkiyədə helikopter qəzaya uğrayıb - Yaralanan var

OXUNUB: 921 DÜNYA

Türkiyədə yanğınsöndürən helikopter su anbarı yaxınlığında qəzaya uğrayıb.

İcmal.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

İnsident İzmirdə qeydə alınıb. "Bambi” adlandırılan yanğınsöndürən helikopter su çənini dolduran zaman qəzaya uğrayıb.

Beş heyət üzvü su anbarının mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Onlardan biri yüngül xəsarət alıb.

Qeyd edək ki, helikopter İzmirdə davam edən meşə yanğınlarının söndürülməsi əməliyyatı iştirak edirmiş.

İcmal.Az

RƏYLƏR