Türkiyə Prezidenti Ərdoğan İŞİD-in yüksək səviyyəli lideri "Əbu Zeyd” kod adlı Bəşər Hattab Qəzal Əl Sumeydinin Türkiyədə tutulduğunu açıqlayıb.
7NEWS.az xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında İŞİD-in ən mühüm yüksək səviyyəli idarəçilərindən biri, "Əbu Zeyd” kod adlı Bəşər Hattab Qəzal Əl Sumaidainin Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyini bildirib.
7NEWS.az