Türkiyədə İŞİD-in “naziri” tutuldu

OXUNUB: 636 DÜNYA

Türkiyənin Kocaeli vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində İŞİD-də media məsələləri üzrə məsul şəxs olan və "informasiya naziri” hesab edilən Suriya vətəndaşı Əbdülbəsit Əbdüləziz Hammud (22) tutulub.

Dörd il əvvəl İŞİD-ə qatılan Hammud təşkilatın hərəkət və fəaliyyətlərini kamera ilə qeydə alaraq internetdə dərc edirdi. Suriyanın Hələb şəhərindən Hatay və Qaziantepə, daha sonra Kocaeli vilayətinin Dərincə mahalına gələn İŞİD üzvü ona təlimat gələnə kimi "ölü hücrə” olaraq gözləməli idi./publika

İcmal.Az

RƏYLƏR