Türkiyədə koronavirusa 2 000-ə yaxın yoluxma qeydə alındı - STATİSTİKA

OXUNUB: 1979 Səhiyyə

Türkiyədə son bir gün ərzində koronavirusa 1 983 nəfər yoluxub.İCMAL.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bu gün ölkədə daha 78 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 3 336-ya çatıb.

Nazirin sözlərinə görə, virusa yoluxmuş 4 451 nəfər sağalıb. 

"Martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

RƏYLƏR