Türkiyədə millət vəkilinə qarşı sui-qəsd — 4 terrorçu həbs edildi

OXUNUB: 869 DÜNYA
Tükiyədə hakim "Ədalət və İnkişaf" partiyasının deputatına sui-qəsd təşkil edilib.

İbrahim Halil Yıldıza qarşı təşkil edilən sui-qəsdin qarşısı son anda alınıb.

İnsident Şanlı Urfanın Suruç rayonunda baş verib. 4 terrorçu, hücumda istifadə edilməsi planlaşdırılan çoxsaylı silah və partlayıcı maddə ələ keçirilib.

Şanlı Urfa polis idarəsi ilə jandarma komandanlığının əməkdaşlığı nəticəsində hakim partiyanın üzvlərinə qarşı sui-qəsd hazırlayan 4 PKK terrorçusu həbs edilib.

Terrorçuların yaşadığı evdə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd tapanca, bir ədəd səsboğucu bir ədəd "Kalaşnikov" markalı avtomat, 420 qram plastik partlayıcı, bir ədəd vinçester tüfəngi və s. ələ keçirilib./olke.az
 
İcmal.Az


RƏYLƏR