Türkiyədə PKK-nın 100-dək üzvü zərərsizləşdirildi

OXUNUB: 808 DÜNYA
Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində ölkənin cənub-şərq vilayətlərində PKK terror təşkilatının 100-dək üzvünü zərərsizləşdirib.

İcmal.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Zərərsizləşdirilən PKK-çılardan 3-ü bir sıra təxribatların törədilməsində ittiham olunur.

Əməliyyatlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarları da məhv edilib.
 
İcmal.Az

RƏYLƏR