Türkiyədə qızı xilas etməyə çalışan futbolçu öldürülüb – VİDEO

OXUNUB: 687 DÜNYA

İstanbulda "Yeddiqüllə” komandasının futbolçusu Yunus Əmrə İzol tanımadığı qızı qorumağa çalışarkən həlak olub.

Bu barədə İcmal.Az Türkiyə mətbuatına istinadla məlumat verir.

Yolda kişinin taksiyə minməyə çalışan xanımı döydüyünü görə idmançı və iki dostu ona mane olmağa çalışıb.

"O, qızın saçlarından tutmuşdu”,  – deyə İzolun dostlarından biri deyib. 

Dostların müdaxiləsindən sonra tərəflər arasında dava düşüb. Dava əsnasında qadını döyən kişi üzərində olan bıçağı futbolçunun ürəyinə sancıb, dostlarını yaralayıb. Yunus İzol xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

"Onu gətirdikdən iki dəqiqə keçməmiş öldü”, - deyə Akın bildirib.

Cinayəti törədən, əvvəllər məhkumluğu olan 38 yaşlı kişi tibbi yardım üçün müraciət edən zaman polis tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olduğu bildirilir. Cinayətkarın sözlərinə görə, onun döydüyü Moldova əsilli qadın mobil telefonunu oğurlamağa çalışıb.

İcmal.Az

RƏYLƏR