Ankara polisi Türkiyədə keçiriləcək seçkilər vaxtı terror aktları planlaşdıran İŞİD terror təşkilatının silahlılarını ələ keçirib.
İcmal.Az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı 14 nəfər yaxalanıb.
Onların iyunun 24-də keçiriləcək prezident, iyunun 27-də isə parlament seçkiləri vaxtı terror aktları planlaşdırdıqları məlum olub.
Məlumatlara görə, saxlanılanların hamısı əcnəbidir. Onların qaldığı evlərdə aparılan axtarış işləri zamanı çox sayda sübut aşkarlanıb.
İcmal.Az