Türkiyədə siyasi meydan qızışır: İYİ partiya güclənir

OXUNUB: 567 DÜNYA
Bir neçə gün əvvəl Cümhuriyyət Xalq Partiyası (Cumhuriyet Halk Partisi/CHP) təmsil edən 15 millət vəkili partiya sədrinin təlimatı ilə İYİ Partiyasının sıralarına qoşulublar. Bunun ardından daha bir deputat Millətçi Hərəkat Partiyasından (MHP) istefa verib - İYİ Partiyasına keçib.
 
İcmal.Az "Akşam”-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Bursa şəhərindən deputat seçilən MHP üzvü Kadir Koçdəmir İdarə Heyətində bir neçə saatlıq görüşdən sonra İYİ Partiyaya keçmək barədə qərar verib.
 
Belə ki, Türkiyə Böyük Millət Məclisində Millətçi Hərəkat Partiyasını təmsil edən deputatların sayı 35 düşərkən, İYİ Partiyanın millət vəkillərin sayı 21 yüksəlib.
 
Xatırladaq ki, aprelin 9-da Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı MHP millət vəkilləri ilə bir arada nahar yeməyi yediyi zamanı 5 MHP millət vəkilinin İYİ Partiya keçə biləcəyini söyləyərək gündəmə bomba kimi düşmüşdü. Məhz Dövlət Baxçalınən söylədiyi 5 MHP millət vəkilinin arasında Kadir Koçdəmirdə adı vardı. Hazırda MHP-dən İYİ Partiyan keçən 5 millət vəkilləri bunlardır - Kadir Koçdemir, Atila Kaya, Oktay Vural, Fahrettin Oğuz Tor və Zihni Açba.
 
İcmal.Az

RƏYLƏR