Türkiyədən Azərbaycana gələn, "Iğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən qəzaya düşüb.
İcmal.Az-n məlumatına görə, hadisə Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.
Qəza nəticəsində 30 nəfər xəsarət alıb. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakinləridir.
Yaralılar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.
İcmal.Az

























