Türkiyədən BƏYANAT: ABŞ F-35-ləri verməsə...

OXUNUB: 574 DÜNYA

"ABŞ Türkiyəyə yeni nəsil F-35 qırıcılarının tədarükünü dayandırarsa, Ankara Vaşinqton barəsində cavab tədbirləri görəcək".

Bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy deyib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alacağı təqdirdə, F-35 təyyarələrinin tədarükünün dayandırıla biləcəyini müzakirə edib.

 

Xatırladaq ki, Türkiyə ABŞ-dan ilk F-35 qırıcısını iyunun 21-i əldə etməyi planlaşdırır.

İcmal.Az

RƏYLƏR