"Türkiyədən" Ermənistan ərazisinə "casus aparatı" düşdü

OXUNUB: 500 DÜNYA
Türkiyə-Ermənistan sərhədindəki Yeni Amasiya kəndi yaxınlığında yerə texniki vasitələrlə təchiz olunmuş hava şarı düşüb. Bunu yerli icra orqanının rəhbəri Qarik Avdalyan deyib.

Onun dediyinə görə, hava şarını kənd sakinləri tapıblar. Hava şarını görənlərdən bəziləri onu idarəetmə pultu, bəziləri isə müşahidə kamerası adlandırıblar. Onlar elə fikirləşiblər ki, bu "casua aparatı” kəşfiyyat məqsədi ilə Türkiyə tərəfindən göndərilib. Bu səbəbdən onların arasında hətta panika da yaşanıb. Hadisə yerinə erməni polisi və təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalardan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Yeni Amasiya kəndində aşkar edilən naməlum kiçik həcmli hava şarı uzaqdan idarə edilən adi oyuncaq imiş. O da bildirilib ki, həmin "casus aparatı” Yerevanda əksər mağazalarda satılır və heç bir təhlükə daşımır./virtualaz.org
 
İcmal.Az

RƏYLƏR