7NEWS.az xəbər verir ki, iki gün əvvəl Duysburqda Reyn çayının sahilində oynayan 9 yaşlı uşağın axınına ilişdiyi, ata və ananın uşağı xilas etmək üçün suya atıldığı bildirilib. Yardım çağırışlarını eşidən balıqçının tor ataraq ananı sahilə çıxara bildiyi, ancaq ata və uşağın gözdən itdiyi qeydə alınıb. İtmiş ata və uşağın polis, yanğınsöndürən və dalğıclardan ibarət 60 nəfərlik qrup tərəfindən axtarıldığı öyrənilib. Axtarışlar nəticəsində ata və uşağın cəsədlərinin yoxa çıxdıqları ərazidən 25 kilometr aralıda tapıldığı açıqlanıb.
7NEWS.az