Türkiyəli qonaqlar Aşıq Şəmşir müzeyində olublar

OXUNUB: 739 SOSİAL
Azərbaycanda səfərdə olan Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin kollektivi Göygöl rayonunda yerləşən Azərbaycan aşıq şerinin görkəmli ustadı Aşıq Şəmşirin büstünü və Bakı şəhərində fəaliyyət göstərən müzeyini ziyarət ediblər.
 
İcmal.Az-ın xəbərinə görə, "Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov qonaqlara Dədə Şəmşirin zəngin irsi və yaradıçılığı haqqında məlumat verdi. Həmçinin dövlətimiz təəfindən mədəniyyətimizə o çümlədən aşıq sənətinə göstərilən diqqət və qayğıdan danışdı.
Istanbul Türkiyə -Azərbaycan Dayanışma və Kültür dərnəyinin sədri Səfər Karakoyunlu Azərbaycanda olduqlarının sevinçini yaşadıqlarını iki qardaş dövlətin ortaq mədəniyyətə malik olduqlarını vurğuladı. Türkiyədə Aşıq Şəmşirin irsinin öyrənilməsi və təbliği ilə bağlı lazımı işlərin görüləçəyini bildirdi. Qonaqlara hədiyələr və Aşıq Şəmşirin Türkiyədə çap olunmuş kitabı və saz havalarından ibarət diski hədiyyə edildi.
 
 
 
İcmal.Az
 
 

Türkiyəli qonaqlar Aşıq Şəmşir müzeyində olublar

RƏYLƏR