Türkiyənin 4 müxalif partiyası koalisiya yaradır

OXUNUB: 554 DÜNYA

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.

Bu barədə Türkiyə KİV-ləri yazır.

Müxalif partiyaların Türkiyə Prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir.

 

Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq./trend

İcmal.Az

RƏYLƏR