7NEWS.az xəbər verir ki, 1960-cı illərə aid 32 tonluq gəmi sökülmək üçün İzmirin Əliağa limanına gətirilirdi. Ancaq üzdükdən sonra asbest daşıdığı təsbit edilən gəminin sökülmə icazəsi reaksiyalar səbəbiylə ləğv edildi və 'Sao Paulo' Cəbəllütariq boğazından geri döndü. Braziliya donanması 3 aydır sahildən uzaqlaşan və su götürən gəminin batmaq təhlükəsi ilə üzləşdiyini, bu səbəbdən Braziliya limanlarına yanaşmasına icazə verilmədiyini bildirib. Hərbi Dəniz Qüvvələri gəmini Braziliyanın eksklüziv iqtisadi zonasında, dənizdən təxminən 350 km məsafədə suya buraxmaqdan başqa çarəsinin olmadığını bildirib. Gəminin batacağı bölgədəki dərinlik 5 min metr civarındadır. Nəzarətli daldırma Braziliyanın Ətraf Mühit Nazirliyinin etirazına baxmayaraq həyata keçiriləcək. 40 təyyarə daşıya bilən Klemenso sinifli təyyarədaşıyan gəmi 1963-2000-ci illərdə Fransa Hərbi Dəniz Qüvvələrinə xidmət edib. Asbest xərçəng və ağciyər xəstəliklərinə səbəb olan çox zəhərli bir maddədir.
7NEWS.az