Türkiyənin xarici işlər naziri Stoltenberq və Blinkenlə NATO sammitini müzakirə edib

OXUNUB: 151 Özəl DÜNYA
Türkiyənin xarici işlər naziri Fidan NATO-nun baş katibi Stoltenberq və ABŞ dövlət katibi Blinkenlə Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısının qərarlarını müzakirə edib.

7NEWS.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında bu gün telefon danışığı olduğu açıqlanıb. Nazirlikdən verilən məlumata görə, Fidan Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 56-cı Xarici İşlər Nazirləri Toplantısında iştirak etdiyi Cakartadan Stoltenberqlə telefon danışığı aparıb. AA-nın məlumatına görə, görüşdə NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların təqibi müzakirə olunub.

7NEWS.az

RƏYLƏR