Türkiyənin yeni oyuncağı: “Bora-2” gəlir

OXUNUB: 499 DÜNYA
"Türkiyə ötən il Qara dənizdə Sinop ərazisində ilk dəfə 280 km. mənzilli "Bora-1” adlı raketi sınaqdan keçirib. Test mərhələsini müvəffəqiyyətlə başa vuran "Bora-1” raketi artıq Türkiyə Silahlı Qüvvələrinin (TSK) arsenalına daxil edilib”.
 
İcmal.Az "Akşam”-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli deyib.
 
N. Canikli bildirib ki, hazırda bu raketlərin daha uzun mənzilli "Bora-2” versiyası üzərində iş aparılır. "Bora-1” raketi  macro-sabitləşib platforma GSP və ANS muxtar inertial analog nəzarət sistemi ilə təchiz olunub. GSP və ANS sistemləri istisna olunmaqla, bütün texniki hissələr daxili imkanlar hesabına ödənilir. Hazırda GSP və ANS sistemləri ABŞ-dan idxal olunur. 2019-cu ildə isə bu sistemləri daxili imkanlar hesabına istehsalına başlanılacaq”, - deyə o, qeyd edib.
 
Xatırladaq ki, Türkiyənin Sinopda həyata keçirdiyi uzun mənzilli "Bora-1” raket sınaqları Yunanıstanda ciddi narahatlıq yaradıb.
 
İcmal.Az 

RƏYLƏR