Türkmənistan müstəqilliyinin 32-ci ildönümünü qeyd edir

OXUNUB: 180 Özəl DÜNYA
Mərkəzi Asiyanın təbii qazla zəngin ölkəsi olan Türkmənistan müstəqilliyinin 32-ci ildönümünü qeyd edir.

7NEWS.az xəbər verir ki, Türkmənistanın milli bayramı sayılan 27 sentyabr Müstəqillik Günü münasibətilə ölkənin hər yerində rəsmi mərasimlər, dövlət himninin oxunması, xalq rəqsləri və musiqi nömrələri, idman tədbirləri, sərgilər kimi tədbirlər keçirilir. Türkmənistan xalqının milli birlik və həmrəylik hisslərini gücləndirmək, müstəqillik uğrunda mübarizəni və ölkənin müstəqilliyini qeyd etmək məqsədilə milli televiziya kanallarında müstəqillik uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlər haqqında filmlər nümayiş etdirilir, atəşfəşanlıq təşkil edilir.

7NEWS.az

RƏYLƏR