"Tutulsam intihar edəcəm" deyən fahişə özünü binadan atdı - FOTO

OXUNUB: 966 DÜNYA

Fahişəliyə görə dəfələrlə həbsə girən və bir müddət öncə "Tutulsam, intihar edəcəm" deyən 38 yaşlı qadın polisin son basqını zamanı ələ keçməmək üçün özünü pəncərədən atıb.

 Nyu-Yorkda adı açıqlanmayan 38 yaşlı qadın onunla müştəri kimi danışan polisi görüşmək üçün evinə çağırıb. 

Müştəri sandığı adamın polis olduğunu anlayan qadın qaçmak istəyərkən pəncərədən atlayıb və ağır xəsarət alıb.

 

Xəstəxanaya çatdırılan qadın qısa zaman sonra dünyasını dəyişib./milli

İcmal.Az

RƏYLƏR