Tvinninq layihələrin uğuru çox olacaq - Əhməd İsmayılov

OXUNUB: 69 SOSİAL
"Zorakılıq hallarının cəmiyyətə çatdırılması məsələsi çox vacibdir".

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, bəzən media nümayəndələri xəbərin oxunması üçün məsələyə həssas yanaşmır: "Zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmə yüksək səviyyədə həyata keçirilməlidir. Düşünürük ki, tvinninq layihələrin uğuru çox olacaq. Eyni zamanda, dünyada problemə medianın yanaşmasının təcrübəsini görəcək və bundan gələcəkdə də istifadə edəcəyik. Gələcəkdə də bu tədbirlərdə Medianın İnkişafı Agentliyi öz dəstəyini verməyə hazırdır. Çünki kommunikasiyanı yaratmaq üçün media əsas mühitdir", - o qeyd edib.

RƏYLƏR