7NEWS.az xəbər verir ki, mavi işarə haqqı ayda 8 dollardır, lakin Apple cihazlarında Twitter tətbiqindən istifadə edənlər üçün ödəniş 11 dollara qədər artırılıb. "Twitter”in sahibi İlon Mask əvvəlki yazılarında "Apple”ın tətbiqdaxili alışlar üçün tələb etdiyi komissiya haqqına reaksiya vermişdi. Mavi işarənin əlavə xüsusiyyətlərinə redaktə düyməsi daxildir. Bu funksiya uzun müddətdir ki, Twitter istifadəçiləri tərəfindən tələb olunur. Bununla belə, geniş yayılmış paylaşımdan sonra mesaj dəyişdirilərsə, dezinformasiyanın yayılma riskinə diqqət çəkənlər də var.
7NEWS.az