Sosial media platforması Twitter-in ofis mebellərini satışa çıxardığı hərrac başa çatıb. Ən yüksək qiymətə satılan məhsul isə 100 min dollarla mavi quş heykəli olub.
7NEWS.az xəbər verir ki, milyarder iş adamı İlon Mask tərəfindən alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial media platforması Twitter-in San-Fransiskodakı ofisində əşyaların satıldığı hərrac başa çatıb. Onlayn hərracda mavi quş heykəli 100 min dollara alıcı tapılıb və ən yüksək təklifi alan məhsul olub. Bundan əlavə, "@" simvolu şəklində olan dekorativ gül çəni 15 min dollara satılıb. Təkrar emaldan əldə edilən taxta masa da 10 min 500 dollara onun yeni sahibi olub.
7NEWS.az