"Twitter"dən bir məhdudiyyət daha: Yalnız təsdiq edilmiş hesablar istifadə ediləcək

OXUNUB: 289 Özəl DÜNYA
"Twitter" yalnız təsdiqlənmiş hesabların məzmunun daha sürətli izlənməsini təmin edən "TweetDeck"dən istifadə edə biləcəyini açıqladı.

7NEWS.az xəbər verir ki, "Twitter" "TweetDeck"in yeni və təkmilləşdirilmiş versiyasını elan etdi. Bütün istifadəçilərin yeni versiyaya daxil ola biləcəyi açıqlanıb. Bununla belə, yalnız təsdiqlənmiş hesabların 30 gün ərzində "TweetDeck"ə daxil ola biləcəyi bildirilib.

Daha çox biznes və xəbər qurumları tərəfindən istifadə edilən "TweetDeck"in "Twitter" gəlirlərinin artmasına səbəb ola biləcəyi ilə bağlı şərhlər edilib.

Digər tərəfdən, "META" "Twitter" ilə rəqabət aparır. "Threads" adlı proqram cümə axşamı ABŞ-da istifadəyə veriləcək.

7NEWS.az

RƏYLƏR