Ukrayna Ali Radasında Arsen Avakovun istefa məsələsi gündəmə gəlib

OXUNUB: 1395 DÜNYA
Ukrayna Ali Radasının bu gün keçirilən iclasda Daxili İşlər naziri Arsen Avakovun istefasına dair məsələ müzakirə olunub.

7News.Az xəbər verir ki, hakim "Xalqın xidmətçisi” fraksiyasının üzvü Yevgeni Şevçenko çıxış edərək deputatları A.Avakovun istefaya göndərilməsinə səs verməyə çağırıb.

"Mən həmkarlarıma müraciət edirəm. Biz nə vaxtadək Avakovun dövləti dağıtmasını seyr edəcəyik? Onun fəaliyyəti "qırmızı xətti” keçib. Mən Ukrayna xalqı qarşısında bir daha deyirəm ki, "Xalqın xidmətçisi” fraksiyasının bütün deputatları Avakovun fəaliyyətindən narazıdır”, - deyə Şevçenko əlavə edib.

Onun sözlərinə görə, Avakov zamanında effektiv nazir olub, ancaq indi ölkədə vəziyyət dəyişib, ona görə də Daxili İşlər naziri istefaya göndərilməlidir.

Qeyd edək ki, Ukrayna Prezidenti erməniəsilli nazir Arsen Avakova işində dönüş yaratmaq üçün vaxt verib. Son bir ildə onun fəaliyyətindən narazı olan insanlar Ali Radanın binası və Prezident Ofisi qarşısında bir neçə dəfə etiraz aksiyası keçiriblər.

7News.Az

RƏYLƏR