Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə təxminən 15,6 milyard dollarlıq maliyyə paketi üçün razılıq əldə edib.
7NEWS.az xəbər verir ki, BVF-dən verilən açıqlamada bildirilir ki, BVF-nin missiya heyəti və Ukrayna səlahiyyətliləri texniki səviyyədə maliyyə sabitliyinə və iqtisadiyyatın bərpasına dəstək də daxil olmaqla 48 aylıq fond ayırmaq barədə razılığa gəliblər.
Açıqlamada bildirilib ki, Ukrayna hakimiyyətinin tələbi ilə Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyəti martın 8-15-də Varşavada Ukrayna hakimiyyəti ilə 4 illik iqtisadi proqramla bağlı danışıqlar aparıb.
Maliyyələşdirmə paketinin təxminən 15,6 milyard dollar böyüklüyündə olduğu ifadə edilən açıqlamada, sözügedən iqtisadi proqramın BVF İcraçı Direktorlar Şurasının təsdiqinə tabe olduğu və şuranın bunu önümüzdəki dövrlərdə qiymətləndirməsinin gözlənildiyi qeyd edildi.
7NEWS.az