Ukrayna əsgərinin cəsədindən əl qumbarası çıxarılıb

OXUNUB: 217 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukraynada bir əsgərin ürəyinin yaxınlığında partlamamış VOG qumbarası aşkar edilib. Bomba hər an partlaya bildiyi üçün təcili əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andriy Verba həyata keçirib. Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib. Qumbaranın əsgərin bədəninə necə girməsi ilə bağlı heç bir izahat verilməyib.

7NEWS.az

RƏYLƏR